Mask və Rubio arasında münaqişə

08.03.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio və ABŞ hökümətinin Səmərəliyiyi Departamentinin (DOGE) rəhbəri İlon Mask mübahisə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qeyd olunur ki, bu, Nazirlər Kabinetinin iclasında baş verib. 

Mask Rubionu işçilərini ixtisar etməməkdə günahlandırıb, Rubio isə buna cavab olaraq milyarderin yalan danışdığını bildirib. 

Mübahisə zamanı ABŞ Prezidenti Donald Tramp söhbətə qarışaraq Rubionu müdafiə edib. 

Qəzet qeyd edir ki, Rubio bir neçə həftədir ki, Maskın yanaşmasından şəxsi olaraq narazılığını bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью