“Mask vəzifəsindən getmək istəyir” ABŞ nəşri

21.04.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-dən olan milyarder İlon Mask Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk etmək istəyir.

Bu barədə “The Washington Post” öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşr vurğulayır ki, Mask may ayında vəzifəsini tərk etməyə hazırlaşır və onun ABŞ hökumətindəki nüfuzu getdikcə zəifləyir.

Mənbələrdən birinin sözlərinə görə, milyarder DOGE rəhbəri olaraq işləməyə davam etmək istəmir, çünki o, sol siyasi qüvvələrin “qərəzli və etik olmayan hücumlarından” bezib.

O, həmçinin əlavə edib ki, Mask DOGE-un effektivliyinin onun gedişindən sonra da dəyişməyəcəyinə inanır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью