Mask: X də yaranan problem Ukrayna ilə bağlıdır

11.03.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"X" sosial media platformasının sahibi Elon Mask, şəbəkədə yaşanan uzunmüddətli giriş probleminin "Ukraynadan qaynaqlanan kiber hücum" olduğunu söyləyib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Fox Business Network"ə verdiyi müsahibədə Mask, "X"də yaşanan uzunmüddətli giriş problemindən danışdı.

Mask, baş verənlərdən "tamamilə əmin olmadıqlarına" diqqət çəkib: “Lakin "X" sistemini sıradan çıxarmaq üçün Ukrayna İP ünvanlarından istifadə etməklə böyük kiberhücum edilib”, - deyə o qeyd edib.

Digər tərəfdən Mask bildirib ki, hər şey bərpa olunub və hazırda platformada giriş problemi yoxdur. Mask həmçinin ABŞ prezidenti Donald Tramp administrasiyasının Beynəlxalq İnkişaf Agentliyində (USAID) işçilərin ixtisarı ilə bağlı da şərhlər verib.

Mask hökumətdə "çox böyük israf və saxtakarlıq" olduğunu deyib və əlavə edib: “Əslində, Hökumət Hesabatlılığı İdarəsinin (GAO) keçən il açıqladığı hesabatda hökumət korrupsiyasının yarım trilyon dollar olduğu təxmin edilir. Bu, Tramp administrasiyası ilə bağlı deyil, Bayden administrasiyası ilə bağlıdır”.

Sözügedən “korrupsiya” ilə bağlı Mask, ABŞ Sosial Müdafiə İdarəsinin məlumat bazasında 100 və daha yuxarı yaşda olan 20 milyondan çox insanın olduğu iddiasını da xatırladıb.

Bu korrupsiya iddialarının necə araşdırıldığını soruşduqda Mask: “Biz əsasən pulu izləyirik. Biz vətəndaş cəmiyyəti təşkilatlarına külli miqdarda pul göndərildiyini görmüşük”, - deyə qeyd edib.

Mask, sözügedən yoxlamaları aparan Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) bütün federal departamentləri araşdırdığını və bu komandanın 100-dən çox əməkdaşı olduğunu söyləyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью