Mask X i süni intellekt şirkətinə satıb

29.03.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikalı biznesmen, ABŞ Prezidenti Donald Trampın baş müşaviri İlon Mask sosial media şirkəti olan X-i süni intellekt şirkəti olan xAI-yə satdığını elan edib.

Trend xəbər verir ki, satış 33 milyard dollara başa gəlib.

"xAI və X-in gələcək perspektivləri bir-birinə bağlıdır. Bu gün biz rəsmi olaraq məlumatları, modelləri, hesablamaları, paylanmanı və bacarığı birləşdirmək üçün bu addımı atdıq. Bu birləşmə xAI-nin qabaqcıl süni intellekt qabiliyyəti vasitəsilə X-in geniş əhatə dairəsinə çatması üçün böyük imkan açacaq",- deyə Mask bildirib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью