Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elon Mask, “Wall Street Journal”ın (WSJ) yanvar ayında tabeliyində olanlara platformanın zəif maliyyə göstəricilərindən və istifadəçi bazasında əhəmiyyətli artım olmamasından şikayət edən məktub göndərdiyi barədə xəbəri təkzib etdi.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın yeni prezidenti Donald Trampın dövründə Amerika hökumətinin səmərəliliyinin artırılmasına cavabdeh olan Mask “X” sosial platformasındadə yazıb.
“Bu material yalandır. Mən belə bir məktub göndərməmişəm. “WSJ” yalan məlumat verib”, - deyə o qeyd edib.
Daha əvvəl “Wall Street Journal” xəbər vermişdi ki, “X” işçilərinə göndərdiyi elektron məktubda Mask “gəlir baxımından ağır vəziyyətə” düşdüyünə diqqət çəkib və həmçinin istifadəçi artımının “durğunlaşdığını” bildirib.
Bundan əlavə, qəzetin yazdığına görə, Maska sosial şəbəkəni almaqla bağlı sövdələşməni maliyyələşdirməyə kömək edən bir neçə bank iş adamının alış üçün istifadə etdiyi 13 milyard dollarlıq borc öhdəliklərinin razılaşdırılmış satışını planlaşdırır.
Bankların indi bu addımı atmağa hazır olmasının səbəbi Maskın Trampa yaxınlığının onlara ödəyə biləcəkləri qiyməti ödəməyə hazır alıcılar tapmağa imkan verəcəyinə inanmalarıdır.
Mask sosial şəbəkəni 2022-ci ildə “Twitter” adlananda əldə edib və adını “X” qoyub.