Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amerikalı milyarder İlon Mask Yeni il gecəsini ABŞ-nin yeni prezidenti Donald Trampın Mar-a-Laqo rezidensiyasında keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Videoda Maskın Trampın yanında dayanaraq rəqs etdiyi göstərilir.
Bu vaxt Tramp telefonla danışır. Maraqlı bir məqam isə Maskın çiynində 4 yaşlı oğlunun əyləşməsidir.
Dekabrın 28-də Tramp şəxsi "Truth Social" platformasında Mask üçün xüsusi bir mesaj yayımlayıb.
O, milyarder və onun oğlu üçün darıxdığını bildirib və onları Yeni il gecəsini qeyd etmək üçün öz rezidensiyasına dəvət edib.
Tramp rezidensiyasını "Kainatın mərkəzi" adlandırıb. Xatırladaq ki, Mask noyabrın sonunda Şükran Günü bayramını da Tramp ilə birlikdə keçirm
Tədbirdən yayılan videolardan birində Mask Tramp, onun həyat yoldaşı və digər qonaqlar ilə bir masa ətrafında oturmuşdu.