Mask yenidən həmin statusunu itirdi

13.10.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikalı milyarder İlon Mask şirkəti “SpaceX”in səhmlərinin qiymətinin düşməsi səbəbindən yenidən trilyonçu statusunu itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

“Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, İlon artıq trilyonçu deyil. “SpaceX” səhmlərinin qiymətinin enməsi nəticəsində onun xalis sərvəti təxminən 26,3 milyard dollar azalıb”, - məlumatda deyilib.

Beləliklə, Mask trilyonçu statusunu bərpa etdikdən cəmi dörd gün sonra onu yenidən itirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью