Mask Zelenskinin seçkiylə bağlı bəyanatına ironik şərh yazdı

11.02.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məşhur amerikalı biznesmen İlon Mask Volodimir Zelenskinin Ukraynada prezident seçkisinin ləğvi ilə bağlı sözlərinə ironik şəkildə münasibət bildirib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o özünün "X" sosial şəbəkə hesabında yazıb.

Belə ki, Britaniyanın "ITV News" telekanalına müsahibəsində Zelenski iddia edib ki, bütün Ukrayna əhalisi seçkinin keçirilməsinə qarşıdır.

Zelenskinin bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. İlon Mask da bu açıqlamaya biganə qalmayıb.

O, "X" sosial şəbəkəsində Zelenskinin müsahibəsindən bir hissənin paylaşıldığı posta "Əlbəttə" deyə ironik şərh yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью