Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Tesla” idarə heyəti üzvləri amerikalı iş adamı İlon Maskın siyasi fəaliyyəti və ifrat sağçı qruplara verdiyi dəstək səbəbiylə onu əvəz edə biləcək bir şəxs axtarmağa başlayıblar.
Bu barədə “Wall Street Journal” nəşri məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, “Tesla” idarə heyətinin üzvləri artıq insan resursları firmaları ilə danışıqlara başlayıb.
Xatırladaq ki, Mask keçən həftə ABŞ Prezidenti Donald Trampın administrasiyasında keçirdiyi vaxtı əhəmiyyətli dərəcədə azaldacağını və daha çox “Tesla”-da baş direktor roluna diqqət yetirəcəyini demişdi.
“AzPolitika.info”