Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qaziantepdə yaşayan Adnan Yılmaz İstanbulda proqram mühəndisliyi üzrə təhsil aldıqdan sonra magistratura üçün ABŞ-yə gedib və burada ixtisası üzrə fəaliyyətini dayandıraraq paxlava biznesinə başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Qaziantepdə ustalıq təhsili alan Yılmaz ABŞ-nin müxtəlif ştatlarına paxlava göndərməyə başlayıb.
Onun hazırladığı Qaziantep paxlavasa Los-Ancelesdə İlon Maskın şirkəti “SpaceX”ə və dünya şöhrətli Paris Hiltonun iştirak etdiyi bir tədbirə də göndərilib. Belə ki, üç uşaq atası olan Adnan Yılmaz 2000-ci illərin əvvəllərində İstanbulda aldığı proqram mühəndisliyi təhsilindən sonra biznesin idarə edilməsi üzrə magistratura təhsili almaq üçün ABŞ-yə gedib. O, bir müddət həm proqramçı kimi çalışıb, həm də magistratura təhsili alıb.
Daha sonra o, Qaziantep paxlavasını ixrac yolu ilə ABŞ-yə gətirib və satışına başlayıb. Paxlava hazırlamağı öyrənmək üçün Qaziantepə qayıdan Yılmaz burada peşəkar ustalardan təlim alıb və özü də usta olub.
O, ABŞ-nin müxtəlif ştatlarında keçirilən tədbirlərə paxlava göndərib. Yılmazın ingilis dilində yayımladığı video da sosial mediada böyük marağa səbəb olub. Baklavanı bütün dünyada tanıtmaq istədiyini deyən Adnan Yılmaz bildirib ki, bu fəaliyyətə milli duyğularla başlayıb:
“Amerikada paxlavası yunan paxlavası kimi tanınır. Orada paxlava yemək istədik. Yunan paxlavasını görəndə “Bu da paxlavadır?” deyərək təəccübləndim. Milli duyğularım gücləndi. Düşündüm ki, paxlava necə yalnız yunan paxlavası kimi tanına bilər? Mədəniyyətimizi və paxlavamızın dadını tanıtmalı olduğumu düşündüm və bu istiqamətdə çalışmağa başladım. Hazırda Qaziantep paxlavası çox sevilir və böyük tələbat var. Hədəfim əvvəlcə Amerikada, daha sonra isə bütün dünyada paxlavamızın dadını tanıtmaqdır”.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin