Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Son günlərin gərgin siyasi atmosferində, Azərbaycan ictimaiyyəti uzun illərdir gizli qalmış bir pərdənin yırtıldığına şahid olur.
Bu, səhnə arxasındakı aktyorların əsas rollarını oynadıqları, lakin üzlərindəki maskaların bir-bir enməyə başladığı tarixi bir andır.
Keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, “Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın sədri Əli Kərimli və Milli Şura üzvü Gültəkin Hacıbəyli adları ətrafında dönən hadisələr, tək bir cinayət işini yox, hakimiyyətə gəlmək naminə hər şeyə hazır bir şəbəkənin ifşasını əks etdirir.
Ramiz Mehdiyevin adı, onilliklər boyu qaranlıqlar dünyasının sultanı kimi çəkilib.
Ona qarşı irəli sürülən dövlətin əsaslarını sarsıtmaq, hakimiyyəti zorla ələ keçirmə cəhdi kimi ağır ittihamlar, sadəcə bir şəxsin hekayəsi deyil.
Bu, onun rəhbərlik etdiyi, ölkənin siyasi həyatını onilliklərdir görünməz əllərlə idarə edən gizli bir təşkilatın portretidir.
Bu şəbəkənin ən təhlükəli silahı nə idi? “Sistem müxalifəti” adlandırılan, xarici güc mərkəzlərinin ssenariləri əsasında fəaliyyət göstərən,