Maskdan amerikalı uşaqlara 18 milyard dollarlıq hədiyyə

26.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikalı milyarder İlon Mask ABŞ-da yaşayan hər bir uşağa iki SpaceX səhmi verməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, səhmlərdən biri şirkət, digəri isə Maskın özü tərəfindən hədiyyə ediləcək.
ABŞ-də 18 yaşdan kiçik təxminən 72 milyon uşaq yaşayır. Bir səhmin dəyəri 127 dollardan çox olduğundan hədiyyənin ümumi dəyəri təxminən 18,36 milyard dollar təşkil edəcək.
Maskın sözlərinə görə, SpaceX tərəfindən veriləcək səhmlər gələn ay, onun şəxsi hədiyyələri isə 2027-ci ilin iyununda təqdim olunacaq.
Qeyd edək ki, milyarder oktyabr ayında uşaqlara bir səhm verəcəyini vəd etmişdi. İndi isə hədiyyənin sayını ikiqat artırmaq qərarına gəlib.
Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью