Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Amerikalı milyarder İlon Mask tarixdə sərvəti 800 milyard dolları keçən ilk şəxs olub.
Axşam.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Bildirilib ki, Maskın sərvəti "SpaceX" və "xAI" şirkətlərinin birləşməsi ilə daha da artaraq təxminən 852 milyard dollar səviyyəsinə yüksəlib.
Bu rekord nəticə, onun raket istehsalı şirkəti "SpaceX", elektromobil istehsalçısı "Tesla" və süni intellekt şirkəti "xAI"dəki paylarının dəyərinə əsaslanır. Mask həmçinin "Tesla" şirkətinin təxminən 12 % səhminə sahibdir.
Bu nailiyyətlə İlon Mask təkcə dünyanın ən zəngin insanı olmaqla kifayətlənmir, həm də tarixdə şəxsi sərvəti ilk dəfə 800 milyard dolları keçən şəxs olur.
Qeyd edək ki, daha əvvəl jurnal Maskı sərvəti 600 milyard və 700 milyard dolları keçən ilk insan kimi təqdim etmişdi.