Maskdan boykot çağırışı: Netflix i ləğv edin FOTO

01.10.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Amerikalı milyarder İlon Mask bildirib ki, uşaq psixikasına mənfi təsir göstərən və transgendərlərlə bağlı sol-liberal gündəmi təbliğ edən Netflix-ə qarşı boykot elan edilməlidir.

Ölkə.Az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Belə ki, Mask bir istifadəçinin paylaşdığı şəkilə münasibət bildirib. Şəkildə “transgender sol-liberal gündəm” yazılmış taxta at (Troya atı) “sizin uşaqlar” yazılmış qalaya daxil olurdu.

“Uşaqlarınızın sağlamlığı naminə Netflix-i ləğv edin”, — deyə Mask yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью