Maskdan inanılmaz müharibə anonsu: Başladı

03.02.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı milyarder İlon Mask ABŞ-da ikinci vətəndaş müharibəsinin artıq başladığını deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə iş adamı sosial media hesabında yazıb.

Belə ki, “X” platformasında istifadəçilərdən biri hökumətə çağırış edib. O, ABŞ İmmiqrasiya və Gömrük Xidmətinə (ICE) qarşı etirazlar səbəbindən vətəndaş müharibəsinin başladığını etiraf etməyə çağırıb.

“Görünür, elədir”, – deyə İlon Mask həmin paylaşıma yazıb.

Qeyd edək ki, yanvar ayında ICE agentlərinin qanunsuz immiqrantları müəyyən etmək və deportasiya etmək üçün etdiyi hərəkətlər sakinlər arasında qəzəbə səbəb olub və onların saxlanılması zamanı baş verən itkilər vəziyyəti daha da ağırlaşdırıb.

Xatırladaq ki, Donald Tramp administrasiyası etirazçıları terrorizmdə ittiham edir və federal agentləri ölkəyə immiqrasiyanı məhdudlaşdırmağa təşviq edir.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью