Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İlon Maskın rəhbərlik etdiyi “Neuralink” şirkəti görmə qabiliyyətini tamamilə itirmiş insanlara kömək etmək üçün nəzərdə tutulan “Blindsight” adlı innovativ çipin hazırlanmasını başa çatdırıb. Texnologiyanın istifadəyə verilməsi üçün tənzimləyici qurumların rəsmi icazəsi tələb olunur.
Bizim.Media xəbər verir ki, bu barədə İlon Mask “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, texnologiyanın texniki hazırlanması tam başa çatıb və yalnız müvafiq dövlət qurumlarının təsdiqi gözlənilir:
“Bu texnologiya hətta tamamilə kor olan və ya heç vaxt görməmiş insanlara görmək imkanı verəcək. Texniki baxımdan artıq hazırdır. Yalnız tənzimləyici qurumların təsdiqini almaq qalıb”.
Yeni texnologiya görmə funksiyasını tam itirmiş insanların qarşılaşdığı ciddi məhdudiyyətləri aradan qaldırmaq məqsədi daşıyır. Şirkətin mühəndisləri insanın sinir sistemi ilə müasir texnologiyalar arasında işlək interfeys yaratmaq üzərində çalışıblar.
Çip bütün zəruri sınaqlardan uğurla keçər və dövlət icazələri alarsa, “Neuralink”in neyrotexnologiyalar sahəsində bazara çıxaracağı ikinci böyük tibbi məhsul olacaq.
Mask şirkətin digər tanınmış layihəsi olan “Telepathy” neyrointerfeysini də xatırladıb. Bu texnologiya istifadəçilərə yalnız düşüncə gücü ilə kompüterləri idarə etmək və yüksək sürətlə ünsiyyət qurmaq imkanı verir.
Qeyd edək ki, “Blindsight”ın insanlarda görmə qabiliyyətini bərpa edə biləcəyi hələ klinik sınaqlarla təsdiqlənməyib.
Bizim.Media