Maskdan Jensen Huangla bağlı açıqlama: “Bu, mənim üçün şərəf olardı”

12.11.2026

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask “Nvidia”nın baş direktoru Jensen Huangı işə götürməkdən məmnun olacağını bildirib.

Banco.az xəbər verir ki, Mask bu barədə “Nvidia” rəhbərinin şirkətdən ayrıla biləcəyi ilə bağlı yayılan xəbərlər fonunda “X” sosial şəbəkəsində paylaşım edib.

Belə ki, “Zerohedge” maliyyə bloqunun “İlon, xahiş edirəm Jenseni işə götür” paylaşımına cavab verən Mask “Bu, mənim üçün şərəf olardı” ifadəsini işlədib.

Açıqlama “Nvidia”nın direktorlar şurasının Jensen Huangın şirkətdəki gələcəyini müzakirə edə biləcəyi barədə məlumatların yayıldığı vaxta təsadüf edib.

Məlumata görə, Huangın şəxsi münasibətləri və xarici kəşfiyyat fəaliyyəti ilə bağlı iddialar şirkət ətrafında qeyri-müəyyənliyi artırıb. Bununla belə, onun vəzifədən ayrılacağına dair rəsmi qərar açıqlanmayıb.

“Nvidia”nın direktorlar şurasının Jensen Huangın gələcəyi ilə bağlı hansı qərarı verəcəyi hələlik məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью