Maskdan Sorosun mükafatlandırılmasına reaksiya

04.01.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Milyarder Corc Sorosa ABŞ-da ən yüksək mükafat olan “Prezident Azadlıq medalı”nın təqdim edilməsi gülməlidir.

Axar.az xəbər verir ki, bu barədə iş adamı İlon Mask X hesabında yazıb.

Qeyd edək ki, daha öncə Ağ Ev ABŞ prezidenti Co Baydenin “Prezident Azadlıq medalı”nı təqdim edəcəyi şəxslərin siyahısına 2016-cı ildə Demokratlar Partiyasından prezident seçkilərində iştirak etmiş ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, Soros, modelyer Ralfın daxil olduğunu elan edib. Bundan əlavə, futbolçu Lionel Messi, musiqiçi Bono, aktyor Denzel Vaşinqton da siyahıda yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью