Maskdan USAID açıqlaması: Seçkilərə müdaxilə ediblər

12.02.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib. 

Ölkə.Az xəbər verir ki, bunu ABŞ hökumətin səmərəliliyi departamentinin (DOGE) rəhbəri İlon Mask deyib.

“USAID-in gördüyü işlərin çoxu şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyıb”, - Mask ABŞ prezidenti Donald Trampla birlikdə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Mask təfərrüatları açıqlamayıb və hansı ölkələrdəki seçkilərdən danışdığını dəqiqləşdirməyib. 

USAID-in fəaliyyəti haqqında danışan Mask deyib: “İnvestisiyaların qaytarılması baxımından, deyərdim ki, ümumilikdə bu, yaxşı olmayıb”.

Tramp USAID-i səriştəsiz və çox korrupsioner təşkilat adlandırıb.

ABŞ administrasiyası fevralın 3-də USAİD-in fəaliyyətini faktiki olaraq dayandırıb. Bu strukturun müvəqqəti rəhbəri vəzifəsinə dövlət katibi Marko Rubio təyin edilib. 

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью