Maskerano: “Messi özünü yaxşı hiss edir” | Icma.az
Icma.az, futbolpress-az saytına istinadən bildirir. “İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin durumu haqda danışıb.
Futbolpress.az xəbər verir ki, 37 yaşlı futbolçu əzələ problemlərinə görə komandasının son 3 matçını buraxıb.
Ulduz forvardın növbəti KONKAKAF Çempionlar Kubokunda “Kavalers”lə oyunda meydana qayıdacağı düşünülür.
Bu barədə Maskerano mətbuata məlumat verib: “Leo bizimlə Yamaykaya gedəcək.
Sabah onun ilk 11-də meydana çıxacağına, yoxsa əvəzedicidə gələcəyinə qərar verəcəyik.
Messi bu səhər əla məşq etdi və bütün məşqi komanda ilə keçirdi. O, özünü yaxşı hiss edir”.
“Kavaler” – “İnter Mayami” matçı cümə axşamı Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu