Maskerano PSJ yə darmadağını şərh etdi Fərq nəzərə çarpırdı

30.06.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano klublararası dünya çempionatının 1/8 finalında PSJ ilə oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, argentinalı gənc çalışdırıcının oyunsonrası fikirlərini DAZN belə çatdırıb: 

"Bu gün fərq nəzərə çarpırdı. Dünyanın bəlkə də ən yaxşı komandası ilə, əla məşqçi ilə qarşılaşdıq. Amma sona qədər təslim olmadıq. Futbolçularımla və onların bu turnirdə gördükləri işlərlə fəxr edirəm. Bütün çətinliklərə baxmayaraq oynamağa çalışırdılar. Nəyə qadir olduğumuzu hər matçda göstərdik".

Qeyd edək ki, PSJ-yə 0:4 hesabı ilə uduzan ABŞ təmsilçisi turniri tərk edib. 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью