Maskın Ağ evdəki vəzifəsi açıqlandı

04.02.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İş adamı İlon Musk ABŞ Prezidenti Donald Trampa “xüsusi dövlət işçisi” kimi xidmət edir.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ evdən açıqlama verilib. Ağ ev rəsmisi, Maskın Trampa bağlı “xüsusi dövlət işçisi” kimi fəaliyyət göstərdiyi və Ağ ev kompleksində rəsmi e-poçt ünvanı və ofisinin olduğu barədə məlumat paylaşıb. Rəsmi, Maskın vəzifələri barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, Tramp Mask haqqında "Məncə, İlon yaxşı iş görür. O, böyük qənaətlər edir" - deyə bildirib. Bu arada, ABŞ Konqresinin Demokrat üzvləri Maskın işləri barədə hesab vermədən federal hökumətdə mövqeyini gücləndirdiyi və qanunsuz hərəkət etdiyi ilə bağlı iddialar irəli sürüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью