Icma.az bildirir, Bizim media portalına istinadən.
İlon Maskın atası Errol Mask oğlunun uşaqlıqda aldığı sərt tərbiyənin və məruz qaldığı “psixoloji işgəncənin” onun tarixdə ən varlı insanlardan birinə çevrilməsinə kömək etdiyini iddia edib.
Bizim.Media xəbər verir ki, Errol Maskın sözlərinə görə, o, oğullarına saatlarla nəsihət verib, bəzən bu söhbətlər fasiləsiz dörd saata qədər davam edib.
O, məhz bu tərbiyə üsulunun övladlarının uğur qazanmasına və milyarderə çevrilməsinə töhfə verdiyini düşünür.
Bununla belə, İlon Mask daha əvvəl atasını psixoloji zorakılıqda ittiham edib. O, atasını “Doktor Cekil və Mister Hayd” obrazları ilə müqayisə edərək onun həm cazibədar, həm də son dərəcə qəddar ola bildiyini bildirib.
Bizim.Media