Maskın atası oğlunun Cənubi Afrika prezidenti ilə danışıqlarını təşkil etdiyini bildirib

05.02.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Afrikada doğulan İlon Maskla bu ölkənin prezidenti Siril Ramafosa arasında telefon danışığı Maskın atası tərəfindən təşkil edilib.

Bizimyol.info xəbər verir ki, bunu 78 yaşlı mühəndis Errol Mask "Reuters"ə bildirib.

"Məndən soruşdular ki, Ramafosa ilə Elon arasında söhbət təşkil edə bilərəmmi? Hər şeyi mən düzəltdim və onlar bir neçə dəqiqə danışdılar", - deyə İlon Maskın atası bildirib.

Agentlik qeyd edir ki, Ramaphosanın müşaviri Bejani Çauke Cape Tovn yaxlnlarından Errol Mask ilə danışmağı xahiş edib.

Cənubi Afrika prezidenti administrasiyası fevralın 4-də Ramafosa ilə Mask arasında telefon danışığı barədə məlumat yayıb. Dialoq Maskın özünün və ABŞ prezidenti Donald Trampın Cənubi Afrikada qəbul edilmiş torpaqların müsadirə edilməsi haqqında qanunla bağlı bəyanatları ilə bağlı olub. Tramp, ABŞ-ın Cənubi Afrikada insan haqlarının pozulması iddiası ilə bağlı təhqiqat aparılana qədər bu ölkəyə hər hansı maliyyələşdirməni dayandıracağını söyləyib. O, iddia edirdi ki, Cənubi Afrikada onlar torpaqları müsadirə edirlər və “əhalinin müəyyən təbəqələri” ilə çox pis rəftar edirlər. Buna cavab olaraq Ramafosa iki ölkə arasındakı münasibətlərlə bağlı məsələləri müzakirə etmək üçün Trampla qarşılıqlı əlaqə qurmağı gözlədiyini bildirib.

Ramafosa yanvarın 23-də torpaqların müsadirə edilməsi haqqında qanun imzalayıb, bu qanunda torpaqların ictimai maraqlar naminə, lakin kompensasiya ödənilməklə zəbt edilməsinə icazə verilir. Əvvəllər Cənubi Afrikada kənd təsərrüfatına yararlı torpaqların yalnız sahibinin razılığı ilə və alıcının iştirakı ilə satıla biləcəyi bir norma var olub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью