Maskın da, hər kəs kimi, Avropanın hakimiyyət orqanlarına tənqidi fikir bildirmək hüququ var

06.01.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Avropa Komissiyası (AK) hesab edir ki, İlon Mask Avropa ölkələrinin hazırkı hakimiyyətini tənqid etməklə öz fikrini bildirir və Avropa İttifaqının rəqəmsal qanunvericiliyini pozmur”.

Bizimyol.info xəbər verir ki, bunu AK nümayəndəsi Tomas Renyer Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“İfadə azadlığı rəqəmsal aktımızın əsasını təşkil edir. Hər kəsin öz fikrini bildirmək hüququ var.

Bu, İlon Maska da aiddir”, - deyə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

AK nümayəndəsi xatırladıb ki, Avropa Komissiyası Maskın “X”də öz girişlərini təbliğ edib-etmədiyini yoxlayır, bu rəqəmsal icma standartlarının pozulması ola bilər.

Bundan əvvəl Elon Musk bildirmişdi ki, Böyük Britaniyanın baş naziri Key Starmer istefa verməli və məhkəmə qarşısına çıxmalıdır. “Tesla” və “Space X”in yaradıcısının sözlərinə görə, Starmer onilliklər ərzində İngiltərənin şimalında azyaşlı qızlara qarşı törədilən cinsi cinayətlərin ortağıdır.

“Welt am Sonntag” qəzetində dərc olunan məqaləsində Mask Almaniyanın gələcəyinin iqtisadi və mədəni çöküş astanasında olduğunu və Almaniya üçün Alternativ (AfD) partiyasının “son ümid qığılcımı” olduğunu bildirib. Bundan əvvəl sahibkar “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “yalnız AfD Almaniyanı xilas edə bilər”.

Almaniyada bu cür dəstək digər partiyaların qəzəbinə və tənqidinə səbəb oldu və hökumət nümayəndəsi Kristian Hoffmann Maskın AfD-yə səs verməyə çağırışlarını seçki mübarizəsinə müdaxilə cəhdi adlandırıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью