Maskın namizədi Viskonsin Ali Məhkəməsi yarışında uduzub

02.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İlon Maskın Viskonsin Ali Məhkəməsinin hakimi vəzifəsinə namizədi Bred Şimel rekord seçici fəallığı (52%) və ştat tarixindəki ən bahalı seçkidə Demokratik rəqibi Susan Kravforda uduzub.

Bizimyol.info xəbər verir ki, "Associated Press"in verdiyi məlumata gərə, onların xərcləri, ilkin hesablamalara görə, 100 milyon dolları ötüb.

Agenylik qeyd edib ki, Mask bu seçkiyə namizəd Bred Şimelə dəstək məqsədilə təxminən 25 milyon dollar sərmayə qoyub və bu, prezident Donald Trampın rəhbərlik etdiyi əyalət seçkilərini ABŞ-ın hazırkı administrasiyasının siyasəti və gündəliyinə dair referenduma çevirib.

Viskonsin ştatında seçkinin nəticəsi demokratlara abort hüquqları və səsvermə üçün ABŞ vətəndaşlığını təsdiq edən sənədin daşınması zərurəti ilə bağlı işlərə yaxın aylarda baxması gözlənilən əyalətin Ali Məhkəməsində 3-4 səs çoxluğu ilə uduzub.

Ağ Evin işğalçısının bu seçkidən əvvəl dediyi kimi, Viskonsin "böyük siyasi ştatdır" və Ali Məhkəmə seçkiləri böyük əhəmiyyət kəsb edir. Maskın fikrincə, bu seçkilərdəki məğlubiyyət ABŞ Konqresinin "Respublikaçıların Nümayəndələr Palatasına nəzarəti itirməsinə gətirib çıxara bilər". "Əgər o, Nümayəndələr Palatasına nəzarəti itirərsə, "davamlı impiçment dinləmələri" olacaq və seçicilərin səs verdiyi prezidentin gündəliyi pozulacaq", - deyə multimilyarder "Fox News"a bildirib.

Susan Kravford etiraf edir ki, o, "heç vaxt Viskonsin ştatında ədalət uğrunda dünyanın ən zəngin adamı ilə mübarizə aparacağımı və qalib gələcəyimi təsəvvür etməzdim".

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью