Maskın riskə meylli və eksperimental yanaşmaları... İQTİSADÇI ŞƏRH ETDİ | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Ümumiyyətlə qlobal siyasətdə hazırda baş verən proseslər bir mənalı olaraq qlobal iqtisadiyyata ciddi təsir göstərir.
Biz bunu həm Ukrayna-Rusiya müharibəsində gördük, həm pandemiya dönəmində gördük, eyni zamanda Trampın hakimiyyətə yenidən gəlməsindən sonra apardığı sərt diplomatik yanaşmalar və sərt tarif siyasətində gördük".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, son dönəmlərdə Trampın tarif siyasəti təbii olaraq daha çox gündəmi zəbt etmişdir.
"Bunun sözsüz ki, ən böyük zərəri Kanada, Meksika və Çinə olacaqdır. Daha sonra isə bu zərər ABŞ-ın özünə də böyük bir təsir göstərəcək.
Digər bir tərəfdən İlon Maska bu qədər etimad göstərilməsini doğru hesab etmirəm.
İlon Maskın təyinatı Amerika kimi dövlətin sabitliyinə ciddi risk yaradacaq.
Tam oxu
Xəbəri oxu