Maskın sərvəti 700 milyardı ötdü Tarixi rekord

20.12.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı milyarder İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk şəxs olub.

Axşam.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Bildirilib ki, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb. Həmin qərarda iş adamına "Tesla" şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı.

Bununla da onun sərvəti 749 milyard dollara çatıb.

Qeyd edək ki, daha əvvəl jurnal Maskı sərvəti 600 milyard dolları keçən ilk insan kimi təqdim etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью