Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

30.05.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikalı milyarder İlon Maskın sahib olduğu “SpaceX” şirkəti birjaya çıxış ərəfəsində gözlənilən qiymətləndirməsini azaldıb və artıq dəyərinin 1,8 trilyon dollardan çox olmayacağını düşünür.

Ölkə.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Hələ aprel ayında şirkətin dəyərinin 2 trilyon ABŞ dollarından çox qiymətləndiriləcəyi deyilirdi. Lakin investorlar və məsləhətçilərlə aparılan danışıqlardan sonra şirkət gözləntilərinə düzəliş etmək qərarına gəlib.

Bununla belə, "SpaceX" hələ də şirkətə 75 milyard ABŞ dollarınadək investisiya cəlb etməyi planlaşdırır.(trend)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью