Maskın suda üzəcəyini iddia etdiyi elektrik pikapı göldə batıb

14.03.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

2023-cü ildə, “Cybertruck” elektrik pikapının kütləvi istehsalına başlamazdan əvvəl “Tesla” şirkətinin rəhbəri İlon Mask bildirmişdi ki, bu maşın kifayət qədər suyadavamlı olacaq və bir müddət qayıq kimi istifadə oluna biləcək, hətta “çayları, gölləri və sakit dəniz dalğalarını üzüb keçəcək”.

Avtosfer.az xəbər verir ki, lakin Kaliforniyada “Tesla”nın bu maşınının sahiblərindən biri öz təcrübəsində əmin oldu ki, “Cybertruck” heç də qayıq deyil.

Hadisə martın 10-da Kaliforniyanın Ventura limanında baş verib. Həmin gün Maskın pərəstişkarlarından biri öz nəqliyyat vasitəsini suda sınaqdan keçirmək qərarına gəlib, lakin “Cybertruck” batıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью