Maskın Trampın kampaniyasına xərclədiyi pul MƏLUM OLDU

06.12.2024

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın ən varlı adamı olan İlon Mask Donald Trampın seçki kampaniyası dövründə 260 milyon dollar xərcləyib.

Sfera.az xəbər verir ki, CNN bu barədə Federal Seçki Komissiyasının sənədlərinə istinadən xəbər verir.

Mask Trampın seçki kampaniyası zamanı böyük məbləğdə vəsait xərcləsə də, onun “sərmayəsi” hədər getməyib. Belə ki, Trampın prezident seçilməsi Maskın varidatının artmasına səbəb olub.

Trampın seçilməsi ilə Maskın sərvətinin dəyəri 13 milyard dollardan çox artıb. Buradan görünür ki, Mask xərclədiyi hər bir dolların müqabilində 50 dollar qazanmış olub.

Vasif

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью