Maskla gərginlik Trampa baha BAŞA GƏLDİ 1,1 milyardlıq ZƏRƏR

06.06.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


ABŞ Prezidenti Donald Tramp İlon Maskla qalmaqaldan sonra bir günə 1,1 milyard dollardan çox vəsait itirib.

Bakupost.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, “Trump Media & Technology Group” şirkətinin səhmləri 8 % ucuzlaşıb və bu, prezidentə 202 milyon dollara başa gəlib.

Bundan əlavə, Trampın memkoininin dəyəri 10 % ucuzlaşaraq dövlət başçısının sərvətini təxminən 900 milyon dollar azaldıb.

Qeyd edək ki, iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər. Mask yeni siyasi partiya yaratmaqla bağlı “X” hesabında sorğu keçirib. Teslanın sahibi Trampın impiçmentini dəstəklədiyini də açıq şəkildə bildirib və ABŞ liderini pedofiliyada ittiham edib.

Tramp isə Maskın fəaliyyətinin effektiv olmadığını və milyarderin ağlını itirdiyini vurğulayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью