Maskla mübahisədən sonra avtomobilini satmaq istəyir

06.06.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp sahib olduğu “Tesla” avtomobilini satmağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Bildirilib ki, ABŞ liderinin “Tesla” avtomobilini satmaq istəməsi barədə şayiələr prezidentlə amerikalı milyarder İlon Mask arasında yaşanan fikir ayrılığı fonunda yayılıb. 

Xatırladaq ki, D.Tramp İlon Maskın sahibi olduğu “Tesla” şirkətinin avtomobilini cari ilin əvvəlində almışdı. Bu zaman o, aldığı qırmızı “Model S” avtomobilini yüksək qiymətləndirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью