Maslennikov: NATO Rusiya ilə müharibəyə hazırlaşır

30.01.2026

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu baxımdan, Ukraynadakı münaqişənin potensial həlli heç nəyi dəyişməyəcək”

“NATO faktiki olaraq Rusiya ilə müharibəyə hazırlaşır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İşləri Departamentinin rəhbəri Vladislav Maslennikov deyib.

Diplomat qeyd edib ki, "hazırda Rusiya Şimali Atlantika Alyansının bütün doktrinal sənədlərində ən əhəmiyyətli və birbaşa təhlükəsizlik təhdidi kimi qeyd olunur” və əlavə edib ki, “bu baxımdan, Ukraynadakı münaqişənin potensial həlli heç nəyi dəyişməyəcək”.

Maslennikov vurğulayıb ki, Alyans "Rusiya ilə mümkün münharibəyə effektiv şəkildə hazırlaşır".

“Bu, Rusiya sərhədləri yaxınlığında NATO qüvvələrinin toplanmasında, hərbi xərclərin artırılmasında, yeni əməliyyatlarda və Şərqi Avropada missiyaların yerləşdirilməsində özünü göstərir", - deyə diplomat qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью