Masonlar Londonda toplaşdı: Qalmaqallı professor da o toplantıda

16.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Qapalı strukturları, beynəlxalq əlaqələri və şübhəli əməliyyatları səbəbindən uzun illər mübahisələrin mərkəzində olan mason lojaları Londonda görüş keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, İstanbul Bilgi Universitetinin keçmiş rektoru və Türkiyədəki mason təşkilatının yüksək vəzifəli üzvü, professor Dr. Remzi Sanver İngiltərədə keçirilən mason toplantısında iştirak edib. 

Sanver Londonda İngiltərə Birləşmiş Böyük Lojasının (UGLE) tarixi “Freemasons Hall” binasının yanında yerləşən “The Connaught Rooms da Worcestershire” masonları ilə görüşüb. 

Görüşdən şəkilləri sosial media hesabında paylaşan Sanver "Birləşmiş Böyük Lojada və “The Connaught Rooms Worcestershire”də böyük dostlarımızla necə də gözəl bir gün keçirdik!",-deyə yazıb. 

O, görüşün məzmunu barədə ətraflı məlumat verməyib. Sanverin Londondan paylaşımı bu yaxınlarda adınnı hallandığı Can Holding istintaqını  yenidən diqqət mərkəzinə gətirib. 

Sanver İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "cinayətkar təşkilata üzvlük" və "cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması" ittihamları ilə həbs edilib, daha sonra sərbəst buraxılıb.

Sanverə qarşı ittihamlar istintaq çərçivəsində irəli sürülüb və yekun hökm deyil. Türkiyədəki mason strukturu daxilində maliyyə mübahisələri ilə bağlı məlumatlar gündəmdə qalsa da, Sanverin İngiltərədəki masonlarla görüşü və şəkillər paylaşması diqqəti cəlb edib. 

Mason lojalarının qapalı təşkilati strukturu, onların beynəlxalq şübhəli əlaqələri və Türkiyədəki siyasətə, iqtisadiyyata, mediaya və bürokratiyaya təsiri illərdir müzakirə olunur. 

Sanverin Londondakı görüşü də diqqəti bu baxımdan cəlb edib, çünki bu, Türkiyədə xidmət etmiş yüksək vəzifəli bir masonun beynəlxalq mason dairələri ilə əlaqələrini davam etdirdiyini göstərir. 

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью