Massumonun qələbədə böyük rolu oldu, amma... Georgi Çixradze

30.01.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Misli Premyer Liqasının 18 -ci turunda "İmişli"ni öz meydanında məğlub edən (2:3) "Qəbələ"nin məşqçisi Georgi Çixradze oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis belə danışıb:

"Maraqlı oyun oldu. Dinamik qarşılaşma izlədik. "Şamaxı" üzərində qələbədən sonra uğurun ardını gətirmək, təhlükəli mövqedən uzaqlaşmaq istəyirdik. Hücum futbolu sərgiləməyi planlaşdırmışdıq. Komanda xarakter göstərdi. Futbolçulara və bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Het-trik edən Domi Massumonun qələbədə böyük rolu oldu, amma onun fərqlənməsinə şərait yaradan komanda yoldaşlarının da əməyi danılmazdır".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью