Maştağada 67 yaşlı qadın öldürüldü Oğlu tutuldu Yenilənib

26.01.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 24-də paytaxtın Sabunçu rayonunda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, rayon prokurorluğuna 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Trend-in məlumatına görə, hadisə Maştağa südçülük sovxozunda baş verib.

Bildirilib ki, 67 yaşlı Həyat Nəzər qızı Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən Emil Ağayev onun oğludur.

İddialara görə, Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyəti dispanserdə bu asılılığa görə müalicə də alıb. Mərhumun yaxınları bildirib ki, E.Ağayev hadisəni əvvəlcədən planlayıb.

Çünki o, həmin gecə yoldaşı ilə birgə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью