Axar.az saytına istinadən Icma.az xəbər verir. Maştağada 34 yaşlı qadını avtomobil vuraraq öldürüb.
Axar.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Tofiq Hacıdadaş oğlu Zeynalov istifadəsində olan "Ford Tranzit" markalı avtomobillə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu soldan sağa keçmək istəyən piyada 1991-ci il təvəllüdlü Elnurə Həbulla qızı Əsgərovanı vurub.
Nəticədə qadın xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.