Maştağada cəmi 3 təcili tibbi yardım maşını fəaliyyət göstərir Eldar Quliyev

26.11.2024

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Müstəqillik dövründə yeni məktəblərin tikilməsi, təmir edilməsi baş tutsa da, hələ də təmirə ehtiyacı olan məktəblər var. O cümlədən məktəblərdə sıxlıqlar var ki, bu da şagirdlərin 3 növbə ilə oxumasına səbəb olur". 

Redaktor.az xəbər verir ki, bu fikirləri millət vəkili Eldar Quliyev parlamentin bugünkü iclasında səsləndirib.

"Digər problem Təcili Tibbi Yardım maşınları ilə bağlıdır. Məsələn, Maştağada əhali çoxdur, amma 3 maşın fəaliyyət göstərir. Bu da onlara çatmır", - deyə millət vəkili şikayətlənib.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью