Maştağada cəmi 3 təcili tibbi yardım maşını fəaliyyət göstərir Eldar Quliyev

26.11.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

"Müstəqillik dövründə yeni məktəblərin tikilməsi, təmir edilməsi baş tutsa da, hələ də təmirə ehtiyacı olan məktəblər var. O cümlədən məktəblərdə sıxlıqlar var ki, bu da şagirdlərin 3 növbə ilə oxumasına səbəb olur". 

Avtosfer.az xəbər verir ki, bu fikirləri millət vəkili Eldar Quliyev parlamentin bugünkü iclasında səsləndirib.

"Digər problem Təcili Tibbi Yardım maşınları ilə bağlıdır. Məsələn, Maştağada əhali çoxdur, amma 3 maşın fəaliyyət göstərir. Bu da onlara çatmır, ya da maşınlarda nasazlıq yaranır. Buna görə daha 2 maşının verilməsi yaxşı olardı", - deyə millət vəkili şikayətlənib.

(redaktor.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью