Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Maştağada qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Sabunçu rayon prokurorluğundan Moderator.az-a verilən məlumata görə, oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən yeniyetmə mərhumun ögey oğlu olub. 11:18 Bakıda qətl hadisəsi baş verib.
Moderator.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 45 yaşlı Əliyev Emil Çingizoviç bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.