Maştağada evlərdən 24 minlik oğurluq edənlər tutuldu

25.12.2024

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıad evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində 6 evdən ümumilikdə 22000 manat dəyərində məişət əşyaları, 1800 manat dəyərində təmir alətləri və avtomobil ehtiyat hissələri oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı A.Rəhimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью