Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 2-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə maneəyə, daha sonra yol kənarındakı obyektə çırpılıb.
Hadisə nəticəsində avtomobilə ciddi maddi ziyan dəyib, obyektin bir hissəsi uçub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin