Maştağada kredit götürən şəxsin pulu oğurlandı | Icma.az
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bir nəfərin avtomobilindən 5000 manat oğurlanıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, zərərçəkən polisə məlumat verərək həmin gün bankların birindən götürdüyü krediti avtomobilə qoyduğunu və başına belə bir hadisənin gəldiyini bildirib.
Polisin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.
Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə avtomobildən külli miqdarda xarici va
Faktlarla bağlı araşdırma aparılır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu