Maştağada parnik i qarət edib evakuatorla daşıdılar VİDEO

29.01.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi olub. Zərərçəkən polisə müraciət edərək Maştağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50000 manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığını bildirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 55 yaşlı Mahir Həsənov və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərin bir müddət əvvəl fəaliyyətini dayandıran istixananı kənardan müşahidə etdikləri və gediş-gəliş olmadığını görüb talama cinayətini törətdikləri müəyyən edilib. Onlar hadisədən sonra əraziyə evakuator çağıraraq oğurladıqları avadanlıqların onlara məxsus olduğunu bildirib satmaq məqsədilə daşınmasını təşkil ediblər. T.Hacıyevin bir müddət əvvəl qohumunun evindən 4500 manat nağd pul oğurladığı da məlum olub.

Bundan əlavə, Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə də polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Hüseyn Quliyev də saxlanılıb. Araşdırma zamanı onun daha iki evdən məişət əşyaları və inşaat materialları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью