Maştağada qadın öldürüldü: ögey oğlu saxlanıldı

29.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğundan bildirilib.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью