Maştağada qəza: “BMW” yük maşınına çırpıldı, sürücünün əli sındı VİDEO

29.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 28-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “BMW” markalı avtomobil, 99-TB-369 dövlət nömrə nişanlı “Mercedes Atego” markalı yük maşınına çırpılıb. Qəzaya səbəb “BMW” sürücüsünün anidən idarəetməni itirməsi olub. Nəticədə maşın tamamilə yararsız vəziyyətə düşüb, sürücünün əli sınıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью