Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 1-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-FY-112 dövlət nömrə nişanlı “QAZ-3110” markalı, “Mitsubishi Pajero” markalı və “Mercedes” markalı avtomobillər toqquşub. İddialara əsasən, qəzaya səbəb “QAZ” sürücüsünün idarəetməni itirməsi olub. Nəticədə avtomobil “Mitsubishi”yə, o isə öz növbəsində “Mercedes”ə çırpılıb. Hadisə zamanı hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin