Maştağadakı yanğın məhdudlaşdırıldı YENİLƏNİB

02.06.2026

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

FHN-dən "Unikal"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək.

*** 23:41

Bakının Maştağa qəsəbəsində yanğın başlayıb. 

"Unikal" xəbər verir ki, məlumata görə, yanğın keçmiş vağzal ərazisində baş verib. 

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri hadisə yerindədir. 



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью