Maştağalı narkobaron HƏBSDƏ ÖLDÜ

05.11.2024

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Əliheydər Cavadov dünyasını dəyişib. 

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, Əliheydər Cavadov Bakının Maştağa qəsəbəsindəndir. O, 2020-ci ildə narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs olunub. 

Ə. Cavadov yaşadığı Maştağa qəsəbəsi ərazisində narkotik plantasiyası salıbmış.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью